AZ

Ölkəni tərk edən prezident vətəndaşlıqdan məhrum edildi

ain.az, Axar.az saytına istinadən bildirir.

Madaqaskarda yeni rejim keçmiş prezident Andri Rajoelinanı vətəndaşlıqdan məhrum edib.

Axar.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” məlumat yayıb.

Ölkənin Baş naziri Herintsalama Radzaunarivelu bildirib ki, Rajoelina Fransız vətəndaşlığını əldə etdikdən sonra Madaqaskar vətəndaşlığını itirib. Çünki ölkənin qanunlarına görə, yetkinlik yaşına çatmış vətəndaş könüllü olaraq xarici vətəndaşlıq əldə etdikdə, Madaqaskar vətəndaşlığını itirir.

Qeyd edək ki, keçmiş prezidentin müttəfiqi isə çirkli pulların yuyulmasında şübhəli bilinərək həbs olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
72
axar.az

1Mənbələr