BAKI, 26 oktyabr. TELEQRAF
Qırğızıstanda Batken hadisələrində həlak olan əsgərlərin xatirəsi ehtiramla yad edilib.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, ölkəmizin suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda canlarından keçmiş qəhrəman əsgərlərin anım günü, onların şücaətinin tərənnümü və sülhün dəyərinin dərk edilməsi günüdür.
"Tədbirlərdə iştirak edənlərə və onların ailə üzvlərinə minnətdarlıq ifadə edilib, fəxri fərmanlar təqdim edilib, həlak olan hərbçilərin yaxınlarına maddi yardım edilib", - məlumatda deyilir.
Qeyd edək ki, bu il Batken hadisələrindən 26 il ötür. Həmin vaxt Silahlı Qüvvələr Qırğızıstana soxulmuş Özbəkistan İslam Hərəkatı (ÖİH) terror təşkilatının silahlılarından müdafiə edib. Bu silahlı qarşıdurma Batken hadisələri kimi tanındı.
1999-2000-ci illərdə baş verən qarşıdurmalar zamanı 46-sı hərbçi olmaqla 76 nəfər həlak olub. 100-dən çox adam yaralanıb. Silahlı qrupların məhv edilməsində bütün ölkə üzrə 5800 vətəndaş, o cümlədən Oşdan 52 ehtiyatda olan zabit və 276 hərbi qulluqçu iştirak edib.