AZ

Səudiyyə Pro Liqası: Ronaldu 950 ci qolunu vurdu, Ən Nəsr qalib gəldi

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Səudiyyə Ərəbistanı Pro Liqasında 6-cı turun görüşləri keçirilir.

Oxu.Az xəbər verir ki, "Ən-Nəsr" bu həftə "Əl-Hazm"ın qonağı olub.

Paytaxt təmsilçisi meydan sahiblərinə şans verməyib. 25-ci dəqiqədə Feliks, 88-ci dəqiqədə isə Ronaldu fərqlənərək qonaqların qələbəsini təmin ediblər - 0:2.

Qeyd edək ki, matçdakı qol Kriştianunun karyerasında sayca 950-ci olub.

Bu nəticədən sonra "Ən-Nəsr" xallarını 18-ə çatdırıb və liqada liderlik edir. Onun qəribi isə 5 xalla 14-cü pillədə qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
oxu.az

1Mənbələr