AZ

“Liverpul” altı aydan sonra ilk dəfə olaraq birinci hissədə iki qol buraxıb

“Liverpul” “Brentford”la oyunun ilk hissəsindən məğlub ayrılıb - 1:2.

İdman.Biz bildirir ki, Arne Slotun komandası Premyer Liqanın 9-cu turunun oyununda 5-ci və 45-ci dəqiqələrində qol buraxıb.

Miloş Kerkez əlavə vaxtın 5-ci dəqiqəsində qollardan birinin əvəzini çıxmağı bacarıb.

“Liverpul”un ilk hissədə iki qol buraxması sonuncu dəfə aprel ayında “Fulhem”lə səfərdə baş verib.

İdman.Biz

Seçilən
77
1
idman.biz

2Mənbələr