AZ

İrlandiyanın yeni prezidenti o oldu

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İrlandiyada keçirilən prezident seçkilərində solçu siyasətçi Ketrin Konnolli qələbə qazanıb.

Globalinfo.az “Reuters”ə istinadla xəbər verir ki, 68 yaşlı Konnolli seçkilərdə səslərin 63,4 faizini toplayaraq böyük fərqlə qalib gəlib. Onun rəqibi, keçmiş nazir Hizer Hamfris isə 29,5 faiz səs əldə edib.

Konnollinin qələbəsi ölkədə yeni seçki əhvalının formalaşması və mərkəz-sağ hökumətə qarşı ictimai narazılığın göstəricisi kimi qiymətləndirilir.

Avropa İttifaqına qarşı tənqidi mövqeyi ilə tanınan və uzun illər parlamentdə sol qanadı təmsil edən Konnolli seçki kampaniyası boyunca xüsusilə gənc seçicilərin dəstəyini qazanıb.

O, Dublindəki qalibiyyət çıxışında deyib:

“Dinləyən, düşünən və lazım gəldikdə danışan bir prezident olacağam. Birlikdə hər kəsin dəyərli olduğu yeni bir respublika qura bilərik”.

Qeyd edək ki, İrlandiyada prezident vəzifəsi əsasən simvolik xarakter daşıyır, lakin bu seçkilər ölkənin siyasi balansında əhəmiyyətli dönüş kimi qiymətləndirilir.

Aysel Əliyeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
112
globalinfo.az

1Mənbələr