AZ

İngiltərə Premyer Liqası: Liverpul məğlub oldu

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İngiltərə Premyer Liqasının 9-cu turunda "Liverpul" "Brentford"un qonağı olub.

Oxu.Az xəbər verir ki, görüş meydan sahiblərinin 3-2 hesablı qələbəsi ilə yekunlaşıb.

Danqo Uattara 5-ci dəqiqədə "Brentford"a üstünlük qazandırıb. Kevin Şeyd 45-ci dəqiqədə komandanın üstünlüyünü ikiqat artırıb. Lakin 5 dəqiqə sonra Miloş Kerkez yenidən fərqi minimuma endirib.

İkinci hissədə meydan sahiblərindən İqor Tyaqo 60-cı dəqiqədə penaltidən dəqiq zərbə endirərək komandasının üçüncü qolunu vurub. Məhəmməd Salahın 89-cu dəqiqədəki qolu isə "Liverpul"a kömək etməyib - 3:2.

Bu oyundan sonra "Brentford" turnir cədvəlində 13 xalla 10-cu, "Liverpul" isə 15 xalla 6-cı yerdədir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
114
oxu.az

1Mənbələr