Litvanın paytaxtı Vilnüsdə yerləşən beynəlxalq hava limanı uçan naməlum obyektlərin (UNO) müşahidə olunması səbəbilə fəaliyyətini müvəqqəti olaraq dayandırıb.
Publika.az xəbər verir ki, bu barədə TASS agentliyi hava limanının dispetçer xidmətindəki mənbəyə istinad məlumat yayıb.
Agentliyin həmsöhbətinin sözlərinə görə, “hava limanı və dispetçer zonası naməlum obyektlərin uçuşları səbəbindən bağlanıb”.
Mənbə əlavə edib ki, Amsterdamdan Vilnüsə istiqamətlənən reyslərdən biri Kaunas şəhərinin hava limanına yönləndirilib. Dispetçerlərin məlumatına əsasən, Litvanın paytaxtında hava limanının UTC vaxtı ilə saat 23:00-da (26 oktyabr Bakı vaxtı ilə 03:00) açılacağı gözlənilir.