AZ

Tramp HƏMAS a 48 saat vaxt verib

ain.az bildirir, Azertag portalına istinadən.

Vaşinqton, 26 oktyabr, AZƏRTAC

Yaxın Şərqdə çox güclü sülh formalaşıb və inanıram ki, o əbədi olacaq.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Truth” sosial media hesabında yazıb. O bildirib ki, HƏMAS iki amerikalı da daxil olmaqla, ölən girovların cəsədlərini tez bir zamanda qaytarmağa başlamalıdır, əks halda bu böyük sülhdə iştirak edən digər ölkələr hərəkətə keçəcək.

“Cəsədlərin bəzilərinə çatmaq çətindir, digərlərini isə indi geri qaytarmaq mümkündür, amma nədənsə etmirlər. Ola bilsin ki, bu, onların tərksilah edilməsi ilə bağlıdır. Lakin mən hər iki tərəfə ədalətli davranılacaq deyərkən bunun öz öhdəliklərini yerinə yetirənlərə şamil olunduğunu nəzərdə tuturdum. Gəlin onların növbəti 48 saat ərzində nə edəcəklərinə baxaq. Mən bunu çox diqqətlə izləyirəm”,- deyə Tramp əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
126
8
azertag.az

8Mənbələr