Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İspaniya La Liqasının Mətbuat Xidməti ölkə çempionatının 10-cu turunda "Real Madrid" və "Barselona" arasında keçiriləcək "El-Klasiko"nu "Marvel" üslubundakı posterlə elan edib.
Oxu.Az xəbər verir ki, komandalar 26 oktyabr bazar günü Madriddəki Santyaqo Bernabeu stadionunda üz-üzə gələcəklər.
Oyunöncəsi posterdə hücumçular Kilian Mbappe və Lamin Yamalın animasiya təsvirləri yer alıb. Onlar komiks qəhrəmanları Halk və Dəmir Adamla birlikdə təsvir olunublar.
Xatırladaq ki, hazırda La Liqanın turnir cədvəlində "Real Madrid" və "Barselona" müvafiq olaraq birinci və ikinci yerdədirlər. Kral klubu 9 oyundan 24 xal toplayıb. Katalonlar isə eyni sayda oyun sonrası 22 xala malikdirlər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.