BAKI, 26 oktyabr. TELEQRAF
Ukraynada döyüşlər gərgin mərhələdə davam etsə də, Milli Qvardiya qüvvələri bir sıra istiqamətlərdə irəliləyiş əldə edir.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Milli Qvardiyasının komandanı Aleksandr Pivnenko deyib.
Onun sözlərinə görə, hazırda Kupyansk, Pokrovskoye və Limanskoye sektorlarında ağır döyüşlər gedir:
"Ukrayna qüvvələri mövqelərini qoruyur və hücum əməliyyatlarını davam etdirir. Hazırda kritik mərhələdəyik. Amma bəzi sahələrdə, xüsusən də Kupyansk istiqamətində irəliləyiş əldə edirik.
Donetsk vilayətinin Mirnoqrad yaxınlığında vəziyyət sabitləşib. Bəzi yerlərdə ruslar geri çəkilməyə məcbur olub".
Pivnenko vurğulayıb ki, rusların resurs üstünlüyünə baxmayaraq, Ukrayna qüvvələri taktiki imkanlardan səmərəli istifadə edir:
"Pilotsuz Sistemlər Qüvvələri rusların 14 milyard dollar dəyərində texnikasını, o cümlədən 2200 tank və 3000-dən çox artilleriya sistemini məhv edib".