AZ

İsveçdə atışma nəticəsində bir neçə nəfər yaralanıb

Bakı. Trend:

İsveçin Yevle şəhərinin Bryunes rayonunda atışma nəticəsində birneçə nəfər yaralanıb.

Trend xəbər verir ki, hadisəparkın yaxınlığında baş verib. Polis ərazini mühasirəyə alaraqgenişmiqyaslı əməliyyat aparır. Hüquq-mühafizə orqanlarının verdiyiməlumata görə, bir neçə atəş açılıb. Yaralıların dəqiq sayı vəxəsarət dərəcəsi hələ müəyyənləşdirilməyib. “Bir neçə yaralımızvar, ərazi mühasirəyə alınıb, istintaq davam edir”, - deyə polisinmətbuat katibi Maqnus Yansson Klarin bildirib.

SVT telekanalının məlumatına görə, atışma zamanı bir nəfər həlakolub. Polis məlumatı şərh etməkdən imtina edir.

Polis şübhəlilərin axtarışını həyata keçirir. Hələlik heç kimsaxlanılmayıb. Hadisə şahidləri yerli mediaya bildiriblər ki, atəşsəsləri fişəng səslərinə bənzəyirdi. Gənc bir adam hadisə yerindəntəcili tibbi yardım maşını ilə aparılıb.

Üç həftə əvvəl Yevlenin mərkəzində baş vermiş başqa bir atışmadaaltı nəfər yaralanmışdı. O zaman polis 13 yaşlı yeniyetmənisaxlamışdı.

Polis nümayəndəsinin sözlərinə görə, hazırda əhali üçün təhlükəyoxdur, lakin sakinlərə diqqətli və ehtiyatlı olmaları tövsiyəolunur.

Seçilən
136
3
az.trend.az

4Mənbələr