AZ

Məşhur futbolçunun oğlu ilə müqavilə bağlanıldı

ain.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Karyerasını 2023-cü ildə başa vuran slovakiyalı sabiq futbolçu Marek Hamşikin oğlu Kristian bundan sonra “Kopenhagen”ə məxsus olacaq."Football-plus.az" xəbər verir ki, Danimarka klubu rəsmi saytı vasitəsilə onunla müqavilə imzalandığını açıqlayıb.Yeniyetmə futbolçu 2026-cı ilin yanvarında, 16 yaşı tamam olanda klubun gənclərdən ibarət komandasına qoşulacaq. Qeyd edək ki, Kristian bu il iki dəfə “Kopenhagen”in düşərgəsində olub və müsbət təsir bağışlayıb.Xatırladaq ki, onun məşhur atası Marek karyerası ərzində “Slovan”, “Breşia”, “Napoli”, “Dalyan Pro”, “Göteborq” və “Trabzonspor”da çıxış edib. Slovakiya yığmasında 138 oyuna 26 qol vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
87
1
icma.az

2Mənbələr