AZ

Əvvəlki klubuna qayıda bilər

Rişarlison İngiltərədə klubunu dəyişə bilər.

“Teamtalk”un yaydığı xəbərə görə, braziliyalı futbolçu ilə sabiq klubu “Everton” maraqlanır.

“Tottenhem”in qış “transfer pəncərəsi” dövründə futbolçunun satışına açıq olduğu bildirilır. London klubu Rişarlison üçün sərfəli təklif gələcəyi halda onu dəyərləndirməyə müsbət baxacaq.

28 yaşlı hücumçu cari mövsümdə “Tottenhem”in heyətində 13 matçda meydana çıxaraq 3 qol vurub və 1 dəfə assist edib. Rişarlisonun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdi.

Seçilən
121
1
football-plus.az

2Mənbələr