İnsan orqanizmində qocalma prosesi hüceyrə səviyyəsində 25 yaşdan başlayır.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Seçenov Universitetinin Sklifosovski adına klinik farmakologiya və daxili xəstəliklər propedevtikası kafedrasının dosenti Svetlana Rıkova "RIA Novosti" agentliyinə məlumat verib.
Mütəxəssisin sözlərinə görə, məhz bu yaşdan etibarən ürək-damar sistemi, şəkərli diabet və piylənmə kimi xroniki qeyri-infeksion xəstəliklərin təməli qoyulur. Bu xəstəliklər adətən 40 yaşdan sonra özünü büruzə verir.
Rıkova əlavə edib ki, xəstəliklərin inkişafı həm xarici amillərdən, həm də insanın həyat tərzindən asılıdır. O, həyat keyfiyyətinə təsir edən əsas amillər kimi fiziki aktivlik, iş və istirahət balansı, düzgün qidalanma və yuxu gigiyenasını qeyd edib.