BAKI, 26 oktyabr. TELEQRAF
İnsanda qocalma prosesi 25 yaşdan etibarən hüceyrə səviyyəsində başlayır.
Teleqraf xarici mediaya istinadən xəbər verir ki, bu barədə S. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin dosenti, klinik farmakologiya və daxili xəstəliklərin propedevtikası kafedrasının əməkdaşı Svetlana Rıkova məlumat verib.
S.Rıkovanın sözlərinə görə, məhz bu dövrdən etibarən ürək-damar sistemi xəstəlikləri, şəkərli diabet və piylənmə kimi qeyri-infeksion xroniki xəstəliklərin əsasları formalaşmağa başlayır:
“Bu xəstəliklər adətən 40 yaşdan sonra özünü göstərir, lakin onlar 25 yaşdan etibarən yaranmağa başlayır ” – deyə Rıkova bildirib.
O qeyd edib ki, xəstəliklərin inkişafı həm xarici amillərdən, həm də insanın həyat tərzindən asılıdır.
Sağlam qocalma üçün S.Rıkova fiziki aktivlik, əmək və istirahət balansı, düzgün qidalanma və yuxu gigiyenasının qorunmasını vacib sayıb.