İspaniya Milli Polisi Pablo Pikassonun sərgi üçün daşınma zamanı itmiş tablosunu aşkarlayıb.
Publika.az zəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları ə "X"sosial şəbəkəsində məlumat yayıblar.
İlkin araşdırmalara əsasən, əsərin yük maşınına yüklənmədiyi ehtimal olunur. Polis tablonun yoxa çıxması və geri qaytarılması ilə bağlı araşdırmanı davam etdirir.
Məşhur ispan rəssamı Pablo Pikassonun əsəri Qranadada keçiriləcək sərgi üçün hazırlanırdı.
Digər bir xəbərdə "Associated Pres" agentliyi şənbə günü Parisdə keçirilən hərracda Pikassonun “Buketli şlyapada qadın büstü” adlı tablosunun 37 milyon dollara satıldığını bildirib. Bu əsər Pikassonun ilham mənbəyi olan Dora Maarın portretidir və 1943-cü ilin iyul ayında çəkilib.