AZ

Ağdaşda ağır yol qəzası – iki yük maşını toqquşdu, ölənlər var

AĞDAŞ, 26 oktyabr. TELEQRAF

Bakı–Qazax avtomagistralının Ağdaş rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Ağdaş və Yevlax rayonlarının inzibati sərhədinə yaxın ərazidə qeydə alınıb. Kubik və balıq daşıyan yük maşınları toqquşub.

Zərbənin gücündən balıqlar yola və ətrafa səpələnib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları maşında sıxılmış vəziyyətdə qalan şəxsləri çıxarmaq üçün xilasedici əməliyyat aparırlar.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
108
teleqraf.com

1Mənbələr