Ağdaş rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Bakı-Qaz magistral yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində, Ağdaş və Yevlax rayonlarının inzibati sərhədinə yaxın ərazidə qeydə alınıb.
Hadisə zamanı hörgü daşı və balıq daşıyan yük maşınları toqquşub.
Zərbənin təsirindən balıqlar yola və ətrafa səpələnib. Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları maşında sıxılmış vəziyyətdə qalan şəxsləri çıxarmağa çalışırlar.