AZ

Real ın braziliyalı forvardı qışda Almaniyaya yollana bilər

ain.az, sport24.az portalına istinadən məlumat yayır.

"Real"ın hücumçusu Endrik qış "transfer pəncərəsi"ndə klubunu dəyişmək niyyətindədir. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

Mənbənin sözlərinə görə, 19 yaşlı braziliyalı baş məşqçi Xabi Alonsonun planlarına daxil deyil və bu mövsüm əsas komandada hələ bir dəqiqə də oynamayıb.

Endrik durumundan narazıdır və icarəyə getməyi düşünür. Madrid klubu da öz növbəsində bu variantın əleyhinə deyil. Hücumçunun karyerasını Bundesliqa klublarından birində davam etdirmək ehtimalı var.  

Qeyd edək ki, Endrikin "Real"la müqaviləsi 2030-cu ilin yayında başa çatır. Keçən il o, Madrid klubunun heyətində bütün turnirlərdə 37 oyun keçirib və 7 qolla yadda qalıb. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
50
sport24.az

1Mənbələr