Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu Ana Vətən Partiyasında (AVP) “ailə qurultayı qalmaqalı”na münasibət bildirib.
Pravda.az-ın xəbərinə görə, A.Şakiroğlu bildirib ki, biznes və siyasət fərqli anlayışlardır.
“Adama deyərlər, siyasət nə “Buta” bağçası, nə “La Vida”, nə də “Altus” MMC-dir. Hərkəs öz işi ilə məşğul olsa, daha yaxşı olardı. Siyasətlə siyasətçilər, bizneslə biznesmenlər məşğul olsa, yaxşıdır. Belə olduqda heç kim də biabr olmaz...” – o qeyd edib.
Tarix: 26 Oktyabr 2025, 08:56