Formula 1-də mövsümün 20-ci yarışı Meksikada keçirilir.
Offsideplus.az xəbər verir ki, ötən gecə kvailifikasiya yarışı baş tutub.
Gərgin mübarizə şəraitində keçən sıralama turlarında "Maklaren"in pilotu Lando Norris hamıdan sürətli olmağı bacarıb.
Onu "Ferrari" pilotları izləyib. Şarl Lekler 2, Lyuis Hemilton isə 3-cü olub.
Son 4 yarışın 3-də qələbə qazanan Maks Ferstappen bu dəfə 5-ci yerdən yarışa başlayacaq.
Çempionatın lideri Oskar Piastri 7-ciliklə kifayətlənib.
Əsas yarış bu gün Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.