AZ

Liverpul ardıcıl 4 cü dəfə uduzdu

Milli.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Liverpul" İngiltərə futbol çempionatının doqquzuncu turunda səfərdə "Brentford"a 2:3 hesabı ilə məğlub oldu.

Milli.Az xəbər verir ki, qaliblərin tərkibində Danqo Uattara (5-ci dəqiqə), Kevin Şeyd (45) və İqor Tyaqo (60, penalti) qolların müəllifləri olublar. Məğlub komandanın heyətində isə Miloş Kerkez (45+5) və Məhəmməd Salah (89) fərqləniblər.

İngiltərənin hazırkı çempionu olan "Liverpul" üçün bu, turnirdə ardıcıl dördüncü məğlubiyyətdir. Bundan əvvəl komanda səfərdə "Kristal Palas" (1:2) və "Çelsi"yə (1:2) uduzub, həmçinin öz meydanında "Mançester Yunayted"ə (1:2) məğlub olub.

"Liverpul" İngiltərə çempionatının turnir cədvəlində 15 xalla 6-cı yerdə qərarlaşıb, "Brentford"  qəbul edəcək, "Brentford" isə həmin gün "Kristal Palas"a qarşı səfərdə oynayacaq. /report.az

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
56
1
news.milli.az

2Mənbələr