AZ

Tramp: Kamboca ilə Tailand arasında sülh sazişi imzalandı!

Asiya turnesi çərçivəsində Malaziyaya gələn ABŞ Prezidenti Donald Tramp bildirib ki, Kamboca ilə Tailand arşında sülh sazişi imzalanıb.

Publika.az xəbər verir ki, ABŞ Prezidenti bu barədə sosial media hesabında məlumat verib.

Səfər çərçivəsində Malayziya ilə ticarət sazişinin imzalanması planlaşdırılır. Kuala-Lumpurda o, Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) üzv dövlətlərin liderlərinin sammitində də iştirak edəcək.

Daha sonra Donald Tramp Yaponiyaya yola düşəcək və burada ticarət və təhlükəsizlik üzrə danışıqlar aparacaq. Ardınca onun Cənubi Koreyada Asiya və Sakit Okean hövzəsi ölkələrinin liderlərinin iqtisadi sammitində iştirak etməsi gözlənilir. Orada onun Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşü də nəzərdə tutulub.

Seçilən
47
11
publika.az

10Mənbələr