AZ

Ağdaşda iki yük maşını toqquşdu Ölənlər var Fotolar

Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ağdaşda iki yük maşını toqquşub.

“Qafqazinfo”nun xəbərinə görə, yol-nəqliyyat hadisəsi bu gün saat 06 radələrində Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan “Kamaz” və “Qazel” markalı yük avtomobilləri toqquşub.

Nəticədə “Qazel”in sürücüsü, 30 yaşlı Eldar Tağıyev və sərnişini aldıqları xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Ziya Əmirxanlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
5
qafqazinfo.az

10Mənbələr