AZ

Argentinada parlament seçkiləri keçirilir

BAKI, 26 oktyabr. TELEQRAF

Bu gün Argentinada parlament seçkiləri keçirilir.

Teleqraf xarici KİV-lərə istinadən xəbər verir ki, təxminən 36 milyon seçici 24 əyalətdə qurulan məntəqələrdə səs verir.

Səsvermə yerli vaxtla 08:00-dan 18:00-a qədər davam edəcək. 18–70 yaş arası vətəndaşlar üçün səsvermə məcburi, 16–17 yaşlılar və 70 yaşdan yuxarılar üçün isə könüllüdür.

Seçki mübarizəsi prezident Xavyer Mileinin rəhbərlik etdiyi La Libertad Avanza (“İrəliləyən Azadlıq”) partiyası ilə Peronist müxalifətin Fuerza Patria (“Vətən Gücü”) bloku arasında gedir.

Seçilən
81
teleqraf.com

1Mənbələr