AZ

Tramp 5 aydan sonra onları barışdırdı

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tailand və Kamboca ABŞ Prezidenti Donald Trampın rəhbərliyi altında sülh müqaviləsi imzalayıblar.

Globalinfo.az xəbər verir ki, tədbir Kuala-Lumpurda keçirilən ASEAN sammiti çərçivəsində baş tutub.

Belə ki, hər iki ölkənin liderləri bu ilin may ayında başlayan münaqişənin həllinə yönəlmiş münasibətlər haqqında bəyannamə imzalayıblar.

Prosesi ABŞ prezidenti Donald Tramp müşahidə edib. 

Bir gün əvvəl Ağ Ev rəhbəri Malayziyaya səfəri zamanı bəyan etmişdi ki, Tailand və Kamboca silahlı toqquşmaların dayandırılması və 18 kambocalı hərbi əsir azad ediləcəyi barədə razılığa gəliblər .

Əliyar Xəlil

Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
74
50
globalinfo.az

10Mənbələr