AZ

Ağdaşda iki yük maşını toqquşdu: ölənlər var - YENİLƏNDİ

Bu gün saat 06 radələrində Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində “Kamaz” və “Qazel” markalı yük avtomobilləri toqquşub. Nəticədə “Qazel”in sürücüsü, 30 yaşlı Eldar Tağıyev və sərnişin aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Bu barədə Teleqraf-ın Mərkəzi Aran bürosuna DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

***

07:54

Ağdaş rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qaz magistral yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində, Ağdaş və Yevlax rayonlarının inzibati sərhədinə yaxın ərazidə qeydə alınıb.

Hadisə zamanı mişar daşı və balıq daşıyan yük maşınları toqquşub.

Zərbənin təsirindən balıqlar yola və ətrafa səpələnib. Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları maşında sıxılmış vəziyyətdə qalan və öldüyü ehtimal edilən şəxsləri çıxarmağa çalışırlar.

Faktla bağlı araşdırma aparılır.
Seçilən
50
sherg.az

1Mənbələr