Misli Premyer Liqasında IX tura bu gün yekun vurulacaq.

Offsideplus.az xəbər verir ki, tura "Qarabağ" - "Şamaxı" matçı ilə yekun vurulacaq.

Çempionlar Liqasında "Atletik"ə məğlub olan Ağdam təmsilçisinin bu görüşdə ikinci heyətlə meydana çıxacağı gözlənilir.

Onlar qələbə qazanaraq yenidən zirvəyə yüksəlmək istəyirlər.

"Şamaxı" isə ötən tur yaşanılan məğlubiyyəti unutdurmaq istəyir.

"Qarabağ" 16 xalla 2-ci, "Şamaxı" 9 xalla 9-cudur.

Misli Premyer Liqası

26 oktyabr (bazar)

18:30 “Qarabağ” – “Şamaxı”

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamran Əliyev

VAR: Nicat İsmayıllı

AVAR: Elşad Abdullayev

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Elgiz Abbasov

“Azersun Arena”