AZ

Platini: FİFA həqiqi mafiyadır

UEFA-nın keçmiş prezidenti Mişel Platini FİFA-nı “həqiqi mafiya” adlandırıb.

Publika.az xəbər verir ki, o, bunu “Il Dubbio” nəşrinə açıqlamasında bildirib:

“FİFA həqiqi mafiyadır, əgər hər şey eyni insanların əlindədirsə. Onlar məni məhv etməyə qərar verdilər. Amma bunu bacarmadılar. Futbol FİFA və ya UEFA-nın deyil, insanlara aiddir”.

Qeyd edək ki, Platini 2007–2015-ci illərdə bu vəzifəni tutub, daha sonra FİFA-nın etik komitəsi tərəfindən korrupsiya ittihamları səbəbindən səkkiz il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılıb.

Seçilən
36
3
publika.az

4Mənbələr