BAKI, 26 oktyabr. TELEQRAF
Koreya Xalq Demokratik Respublikasının (KXDR) xarici işlər naziri Çoi Son Xi 26–28 oktyabr tarixlərində Rusiyaya rəsmi səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.
Səfər çərçivəsində ikitərəfli münasibətlərin inkişafı, regional və beynəlxalq məsələlərin müzakirəsi planlaşdırır.
Qeyd edək ki, Şimali Koreyanın xarici işlər naziri Çoi Son Xi sonuncu dəfə 2023-cü ilin noyabrında Rusiyaya səfər edib. O zaman səfər çərçivəsində Moskva və Kazan şəhərlərində bir sıra yüksək səviyyəli görüşlər keçirilib, o cümlədən Rusiya XİN rəhbəri Sergey Lavrovla danışıqlar aparılıb. Görüşdə iki ölkə arasında siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə olunub.
Yeni səfərin isə Moskva–Pxenyan münasibətlərində son aylarda artan dinamikanın davamı kimi qiymətləndirildiyi bildirilir.planlaşdırır.