Şərqi Timor rəsmi olaraq Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) qoşulub.
Publika.az bu barədə ASEAN-ın saytına istinadən xəbər verir.
Bununla bağlı bəyannamə Kuala-Lumpurdakı sammitdə imzalanıb. Bununla da Şərqi Timor ASEAN-ın 11-ci üzvü olub.
Qeyd edək ki, Şərqi Timor Cənub-Şərqi Asiyanın ən kasıb ölkələrindən biridir və Timor adasının yarısını tutur.