AZ

Yanvar-sentyabr aylarında Azərbaycana gələn əcnəbilərin sayı açıqlanıb

Bakı. Trend:

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana 183 ölkədən1,948 milyon xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs gəlib ki,bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz azdır.

Bu barədə TrendDövlət Statistika Komitəsinə istinadən məlumat verib.

Qeyd olunub ki, gələnlərin ümumi sayından 24,8%-i RusiyaFederasiyası, 17,1%-i Türkiyə, 7,9%-i İran, 6,8%-i Hindistan,4,5%-i Səudiyyə Ərəbistanı, 4,2%-i Gürcüstan, 4,0%-i Qazaxıstan,3,4%-i Pakistan, 2,6%-i Çin, hər biri 2,3%-i Özbəkistan və İsrail,1,6%-i BƏƏ, 1,4%-i Ukrayna, hər biri 1,2%-i Türkmənistan və Küveyt,1,1%-i Belarus və 13,6%-i digər ölkələrin vətəndaşları olub.Gələnlərin 66,3%-i kişilər, 33,7%-i qadınlar olub.

"Ötən ilin eyni dövrü ilə müqayisədə Tacikistandan gələnlərinsayı 1,9 dəfə, İsraildən gələnlərin sayı 1,8 dəfə, Yaponiyadangələnlərin sayı 1,6 dəfə, Çin və İordaniyadan gələnlərin sayı 1,5dəfə, Qırğızıstandan gələnlərin sayı 35,7%, Özbəkistandangələnlərin sayı 31,6%, Qazaxıstandan gələnlərin sayı 19,4%, ABŞ,Kanada və Niderlanddan gələnlərin sayı 16,3%, Almaniyadangələnlərin sayı 15,2%, Pakistan və İtaliyadan gələnlərin sayı15,1%, Koreya Respublikasından gələnlərin sayı isə 10,3% artıb.

2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə Avropaİttifaqı ölkələrindən gələnlərin sayı 8,5% artaraq 88,8 min nəfərə,Fars körfəzi ölkələrindən gələnlərin sayı 4,9% azalaraq 321,1 minnəfərə, MDB ölkələrindən gələnlərin sayı 7,2% azalaraq 669,8 minnəfərə, digər ölkələrdən gələnlərin sayı isə 3,1% artaraq 868,5 minnəfərə çatıb.

Xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin 76,2%-ihava nəqliyyatı, 22,5%-i dəmir yolu və avtomobil nəqliyyatı, 1,3%-iisə dəniz nəqliyyatı ilə ölkəyə gəlib", - deyə bildirilib.

Məlumata əsasən, 2024-cü ilin yanvar-sentyabr ayları iləmüqayisədə xaricə səyahət edən Azərbaycan vətəndaşlarının sayı 2,6%azalaraq 1 milyon 605 min nəfərə düşüb. Gürcüstana səfərlərin sayı22%, İrana 2,6%, Rusiyaya 30,8% və Türkiyəyə 2,4% artıb.

"Azərbaycan vətəndaşlarının səfərlərinin ölkələr üzrə bölgüsü:Türkiyə - 42,2%, Rusiya - 14,6%, Gürcüstan - 10,8%, İran - 8,9%,digər ölkələr - 23,5%. Səyahət edənlərin 63,6%-ni kişilər, 36,4%-niisə qadınlar təşkil edib.

Səyahətlərin 70,6%-i hava, 27,5%-i dəmir yolu və avtomobil,1,9%-i isə dəniz nəqliyyatı ilə həyata keçirilib", - deyə qeydolunub.

Seçilən
50
8
az.trend.az

10Mənbələr