"Əl-Nəsr"in superulduzu Kriştianu Ronaldu 950 qol vuran ilk futbolçu olub.
Fanat.Az xəbər verir ki, portuqaliyalı hücumçu Səudiyyə Ərəbistanı çempionatının 6-cı turunda "Əl-Həzm"in qapısına yol tapıb.
40 yaşlı forvardın səfər qarşılaşmasının 79-cu dəqiqəsində fərqlənməsi komandasına 2:0 hesablı qələbə qazandırıb.
Kriştianunun qol sayında ən yaxın izləyicisi Argentina millisinin və ABŞ-nin "İnter Mayami" klubunun hücumçusu Lionel Messidir. Leo 891 dəfə rəqib qapılarını dəqiq nişan alıb.
Nihat