AZ

Kamboca və Tailand Trampın iştirakı ilə sülh sazişi imzaladı

Donald Tramp Bazar günü Malayziyada keçirilən Cənub-Şərqi Asiya Dövlətləri Sammiti zamanı Kamboca və Tailand arasında sülh sazişinin imzalanması mərasimində iştirak edib.

Yenisabah.az fox-a istinadla xəbər verir ki, sənədi Kambocanın baş naziri Hun Manet və Tailandın baş naziri Anutin Çarnvirakul, həmçinin Tramp və Malayziyanın baş naziri Ənvər İbrahim imzalayıblar.

ABŞ prezidentinin sözlərinə görə, Tailand və Kamboca bütün hərbi əməliyyatları dayandıracaq və mehriban qonşuluq münasibətləri quracaq. Dominos pizza

Bundan əlavə, Tailand 18 kambocalı hərbi əsiri azad edəcək.

Öz növbəsində, Tailandın baş naziri bəyan edib ki, imzalanandan sonra hər iki tərəf “sərhəd rayonlarından ağır silahların tez bir zamanda çıxarılması” da daxil olmaqla, razılaşdırılmış bütün müddəaları həyata keçirməyə başlayacaq.

Tramp ABŞ-nin “Kamboca ilə böyük ticarət müqaviləsi və Tailand ilə çox mühüm mədən sazişi” bağladığını açıqlayıb.

İyulun 24-də səhər saatlarında Tailand və Kamboca sərhədində silahlı toqquşmalar baş verib.

İyulun 28-də Malayziyanın baş naziri Ənvər İbrahim Tailand və Kambocanın atəşkəslə razılaşdıqlarını açıqlayıb. Bu addım Kuala-Lumpurda iki ölkə arasında ABŞ və Çin nümayəndələrinin də iştirak etdiyi danışıqlardan sonra atılıb.

Avqustun 7-də Tailand və Kamboca nümayəndələri Malayziyada keçirilən görüşdə iyulun 28-də qüvvəyə minmiş atəşkəs sazişinin gələcək həyata keçirilməsi üçün 13 bənd üzrə razılığa gəliblər.


Telegram kanalımız
Seçilən
74
1
yenisabah.az

2Mənbələr