AZ

İlham Əliyev Avstriya Prezidentini təbrik etdi

Avstriya Respublikasının Federal Prezidenti Zati-aliləri cənab Aleksander Van der Bellenə

Hörmətli cənab Federal Prezident,

Avstriya Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Avstriya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, Avstriya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Seçilən
164
49
teleqraf.com

10Mənbələr