AZ

"Bayern Münhen" əsrin rekorduna imza atdı

Almaniya Bundesliqasının 9-cu turunda Mönhenqladbax "Borussiya"sını səfərdə 3:0 hesabı ilə məğlub edən "Bayern Münhen" əsrin rekorduna imza atıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "Bayern & Germany" yayıb.

Belə ki, mövsüm başlayandan bütün turnurlərdə ardıcıl 13-cü qələbəsini qazanan Münhen təmsilçisi 21-ci əsrdə "böyük 5-lik" ölkələrinin klublarından heç birinin reallaşdıra bilmədiyi nəticəyə imza atıb.

Daha öncə 1992/1993 mövsümündə "Milan" anoloji uğurla diqqət çəksə də, "Bayern" vurulan və buraxılan qolların fərqi baxımından (47:9 - 45:13) İtaliya nəhəngini də qabaqlayır

Qeyd edək ki, 8 oyuna 24 xal toplayan münhenlilər Bundesliqanın turnir cədvəlinə başçılıq edirlər.

Nihat

Seçilən
18
fanat.az

1Mənbələr