AZ

Qardaş ölkədən müharibə xəbərdarlığı: Hazırıq

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“Danışıqlar uğursuz olarsa, ölkə Əfqanıstanla açıq müharibəyə hazırdır”.

Globalinfo.az xəbər verir ki, bunu Pakistanın müdafiə naziri Xavaca Asif deyib. 

Onun sözlərinə görə, hazırda İstanbulda keçirilən sülh danışıqlarına alternativ yoxdur:

“Biz seçim qarşısındayıq. Sülh razılaşması əldə olunmasa, açıq müharibəyə başlayacağıq. Amma görürəm ki, onlar həqiqətən sülh istəyirlər”. 

Xatırladaq ki, oktyabrın 9-dan başlayaraq Əfqanıstan və Pakistan altı gün bir-birini bombaladı. Bir müddət sonra tərəflər 48 saatlıq atəşkəs və sülh danışıqlarının başlanması ilə bağlı razılığa gəliblər.

Oktyabrın 15-də Əfqanıstan-Pakistan sərhədində Taliban qüvvələri ilə Pakistan sərhədçiləri arasında yeni toqquşmaların baş verdiyi məlum olub. 

Safura Bənnayeva

Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
34
1
globalinfo.az

2Mənbələr