AZ

Tusk: Ukrayna daha iki-üç il döyüşməyə hazırdır

BAKI, 26 oktyabr. TELEQRAF

Ukrayna Rusiya ilə müharibəni daha iki-üç il davam etdirməyə hazırdır, lakin münaqişənin on ilə qədər uzanmasından narahatdır.

Teleqraf xəbər verir ki, bu barədə Polşanın baş naziri Donald Tusk “The Times” qəzetinə müsahibəsində deyib.

O bildirib ki, Prezident Volodimir Zelenski Ukraynanın müstəqil qalacağına inandığını, lakin itkilərin miqyasından narahat olduğunu deyib.

Polşa baş naziri həmçinin bəyan edib ki, Ukraynanın Rusiyayla əlaqəli hədəflərə Avropanın istənilən yerində zərbə endirmək hüququ var.

Tuskun sözlərinə görə, genişmiqyaslı müharibə Rusiyanın iqtisadiyyatını ciddi zərbə altında qoyub, ölkə uzunmüddətli dövrdə “yaşamaq şansını itirir”. O əlavə edib ki, Qərb qalib gəlmək istəyirsə, fədakarlığa hazır olmalıdır.

Seçilən
100
teleqraf.com

1Mənbələr