Bu gün Ermənistanın Araqatsotn bölgəsindəki Hovhannavank kilsəsində hakimiyyət tərəfindən dəstəklənən keşiş Stepan Asatryanın liturgiya mərasimi planlaşdırılır.
Publika.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu gün səhər tezdən baş nazir Nikol Paşinyan özü qara geyinərək sosial şəbəkədə canlı yayıma çıxıb.
O, Müqəddəs Eçmiədzinin ana taxtını “azad etməyin” vaxtı çoxdan çatdığını və Hovhannavankda bugünkü liturgiyanın bu mərhələnin başlanğıcını simvolizə etdiyini bəyan edib.
Paşinyan bildirib ki, indiki kilsə iyerarxları "müqəddəslərimizin müqəddəsliyini - Müqəddəs Eçmiədzinin Ana taxtını murdarlıq zəncirlərində həbs ediblər".