AZ

Tramp müharibələri bitirməyi sevdiyini bildirib

ABŞ prezidenti Donald Tramp etiraf edib ki, müharibələri dayandırmaqdan həzz alır.

Busaat.az xəbər verir ki, o, bu barədə Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) sammiti zamanı açıqlayıb.

Tramp deyir ki, onun hərbi münaqişələrin həllinə olan həvəsi sadəcə hobbi deyil:

“Mən bunu etməkdən həzz alıram… Mən bunu hobbi adlandırmazdım, çünki bu, hobbidən qat-qat ciddidir, amma mən bu işdə yaxşıyam və bunu etməyi çox sevirəm”.

Amerika lideri Kamboca-Tayland münaqişəsini həll etməyə kömək etdiyi ilk müharibələrdən biri adlandırıb. Tramp bu iki ölkənin liderlərini çağırdığı günün yaddaşında əbədi olaraq qalacağını vurğulayıb.

ABŞ prezidenti qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatı hərbi münaqişələrin həlli üçün səylərin arxasında duran əsas qüvvə olmalıdır: “BMT bunu etməlidir, lakin etmir”, – Tramp vurğulayıb.

Yeganə

 

Seçilən
31
10
busaat.az

10Mənbələr