AZ

Samuxda minik maşını su adına düşüb, xəsarət alan var

Samuxda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki hərəkətdə olan VAZ 2107 markalı minik avtomobili idarəetmədən çıxıb.Nəticədə minik maşını yol kənarındakı su arxına düşüb.

Qəza zamanı 1980-ci il təvəllüdlü M.Qəribov xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
34
apa.az

1Mənbələr