GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Keçmiş sevgilisi Dəniz Bulutsuzu döydüyü iddia edilən türkiyəli aktyor Ozan Güvən mətbuat konfransı keçirib.
Globalinfo.az xəbər verir ki, 45 günlük həbs cəzası alan məşhur günahsız olduğunu deyib.
“Susmağın və danışmağın çox çətin olduğu beş il yarım yaşadım. Yalnız bir qadını sevdim və onunla olmaq istədim. Sözügedən şəxs evdə kilidləndiyini, telefonunun əlindən alındığını dedi. Onu pilləkənlərdən yıxdığımı, divara vurduğumu, ayıltmaq üçün üstünə su tökdüyümü, yenə döydüyümü iddia etdi. Əgər belə şeylər olsaydı, oradan belə çıxa bilməzdi. “Bir yolunu tapdım” deyir, amma qapı açıq idi. İddia etdiyi heç birini etməmişəm. Mənə inanan, məni sevən, tanıyan bilən hər hansı bir qadının içində az da olsa şübhə yaranıbsa, ondan üzr istəyirəm. Amma səndən üzr istəmirəm, çünki mən sənə heç nə etməmişəm”, – aktyor bildirib.
Günel Cəlil
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.