AZ

Elektron siqaret istifadəçilərinə- xəbərdarlıq

Siqareti tərgitməyə çalışan insanların çoxu buna nail ola bilmir, çünki bu cihazlar asılılıq yaradır və sağlamlıq üçün təhlükəlidir. Məsələn, onlar ağciyər xərçəngi riskini 270 faiz artırır.

E-saglam.az-ın məlumatına görə elektron siqaretlər son on ildə tütün sənayesi tərəfindən “daha az zərərli” məhsul kimi təqdim olunaraq satışa çıxarılıb. Bu, onların guya yalnız siqareti tərgitmək istəyən böyüklər üçün nəzərdə tutulduğu təsəvvürünü yaradıb. Lakin bu cihazlardan təkcə böyüklər deyil, həm də yeniyetmələr və hətta uşaqlar geniş şəkildə istifadə edirlər.

Asılılıq yaradır

Tədqiqatlar göstərir ki, siqareti tərgitmək üçün elektron siqaretdən istifadə edən insanların 80 faizi bir il sonra da ondan istifadə etməyə davam edir. Hətta bu şəxslərin təxminən yarısı eyni zamanda həm elektron siqaret, həm də adi siqaret çəkməyə davam edir.

Bu faktlar elektron siqaretlərin nikotin asılılığını aradan qaldırmadığını, əksinə onu davam etdirdiyini göstərir. Nikotin isə asılılıq gücünə görə heroin və kokain kimi maddələrlə müqayisə oluna bilər.

Prof. Dr. Oğuz Kılınç bu vəziyyətin ciddi bir təhlükə olduğunu vurğulayaraq bildirib: “Elektron siqaretlər və qızdırılan tütün məmulatları əslində yeni nikotin asılıları yaratmaq üçün hazırlanmış nikotin tələləridir.” O, xüsusilə tez-tez siqaret çəkənlərin bu təhlükəyə qarşı diqqətli olmaları gerektiğini qeyd edib.

Tərcümə: Fəxriyyə Adil 

E-saglam.az

Seçilən
39
e-saglam.az

1Mənbələr