AZ

“Rusiyanın düşmən xalqları yoxdur” – Lavrov

“Rusiya BMT Nizamnaməsinin prinsiplərini rəhbər tutaraq bütün ölkələrlə bərabərhüquqlu və dürüst tərəfdaşlığa həmişə açıqdır”.

Busaat.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

O, qeyd edib ki, Rusiyanın nə Qərbdə, nə də Şərqdə düşmən xalqları var.

“Rusiya Prezidenti Vladimir ki, Putinin dəfələrlə qeyd etdiyi kimi, o cümlədən 2023-cü il mayın 9-da Qələbə Paradında çıxış edərkən, bizim üçün dost olmayan ölkə yoxdur. Nə Qərbdə, nə də Şərqdə düşmən xalqlar, biz həmişə bizim kimi öz milli maraqlarını rəhbər tutan və BMT Nizamnaməsi prinsipləri əsasında dövlətlərarası əməkdaşlıq quran hər kəslə vicdanlı, bərabərhüquqlu tərəfdaşlığa açıq qalırıq”.

Rusiya xarici işlər naziri həmçinin vurğulayıb ki, Rusiya geniş, siyasətdən kənarlaşdırılmış beynəlxalq əməkdaşlıqda maraqlı olan müasir dövlət kimi inkişaf etməyə davam edir:

“Qlobal vəziyyətin gərgin olaraq qaldığı bu gün elm, mədəniyyət xadimləri və idmançılar arasında insanlar arasında mübadilə və dialoq vəziyyətin yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Biz bu cür səyləri alqışlayırıq”, – o,2 əlavə edib.

Yeganə

 

 

Seçilən
50
busaat.az

1Mənbələr