AZ

Şahnaz Haşımova bu tarixdə xəstəxanadan buraxılacaq

ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Əməliyyat olunan  Xalq artisti Şahnaz Haşımova yaxın 4 gün ərzində xəstəxanadan evə buraxıla bilər. 

Bu barədə “Qafqazinfo”ya Ş.Haşımovanın oğlu Tural Abdullayev bildirib. 

“Əməliyyatın ilk günündən fərqli olaraq, bu gün özünü daha yaxşı hiss edir. Həkimlər Şahnaz xanımın nə zaman xəstəxanadan evə buraxılacağını dəqiq bilir. Mənə verilən məlumata görə, müalicə bu cür davam etsə, yaxın 4 gün ərzində evə buraxılacaq”, - deyə T. Abdullayev qeyd edib. 

Qeyd edək ki, Xalq artisti iki gün öncə Gəncədəki özəl xəstəxanaların birində əməliyyat olunub.

Yunis Quliyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
60
14
qafqazinfo.az

10Mənbələr