BAKI, 26 oktyabr. TELEQRAF
"Azərbaycan Rusiya məhsullarının öz ərazisindən tranzit qaydada Ermənistana daşınmasına icazə verməyə hazır olduğunu bəyan edib".
Teleqraf xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, iki gün əvvəl Azərbaycan tərəfi Rusiya məhsullarının Azərbaycan dəmir yolları vasitəsilə Ermənistana tranzit daşınmasına razılıq verdiyini təsdiqləyib.
“Bu istiqamətdə artıq mühüm irəliləyiş əldə olunub. Hazırda Rusiya Dəmir Yolları regional tərəfdaşlarla birlikdə daşımaların təşkili məsələlərini həll edir. Eyni zamanda, bu yeni logistika marşrutunun inkişafı üçün müvafiq təlimatlar verilib”, –Overçuk bildirib.