AZ

Kiyevə dron hücumu – Ölənlər var


Oktyabrın 26-na keçən gecə Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevə pilotsuz uçan aparatlarla hücum edib.
Yeniavaz.com
UNİAN-a istinadla xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko “Telegram” kanalında məlumat verib.
Məlumata görə, hücum nəticəsində 3 nəfər ölüb, 29 nəfər yaralanıb.
“Artıq 29 yaralı var, onlardan yeddisi uşaqdır. Ən kiçiyinin dörd yaşı var”, - deyə Kiyev meri bildirib.
Onun sözlərinə görə, ikisi uşaq olmaqla, yeddi yaralı hazırda şəhər xəstəxanalarında müalicə olunur. Qalan yaralılar isə ambulator müalicə alırlar.
O, həmçinin, hücum nəticəsində infrastruktura ziyan dəydiyini əlavə edib.
“Dağıntılar doqquzmərtəbəli yaşayış binasına ikinci mərtəbə səviyyəsində düşüb. Bir neçə mənzil alovlanıb və yanğın dördüncü-yeddinci mərtəbələrdəki eyvanlara yayılıb. Yanğın artıq söndürülüb”, - Kliçko qeyd edib.






Seçilən
48
yeniavaz.com

1Mənbələr