AZ

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün imtahan keçirilib

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi 26 oktyabr 2025-ci il tarixindəqiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçünixtisas imtahanı keçirib.

Mərkəzdən Trend-əverilən məlumata görə, imtahan DİM-in elektron imtahanlarkorpusunda kompüter vasitəsilə 1 saat müddətində aparılıb vənamizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şəraityaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçünayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malikolublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytındayerləşdiriləcək.

İmtahanda 171 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən,müxtəlif istiqamətlər üzrə ümumilikdə 77 namizəd tələb olunanşərtləri ödəyərək uğur qazanıb.

İmtahandan müvəffəqiyyətlə keçmiş namizədlərə imtahanda iştiraketdiyi qiymətləndirmə fəaliyyəti istiqaməti üzrə müvafiqşəhadətnamə təqdim edilir.

İxtisas imtahanından keçməyən şəxslərin qiymətləndirməfəaliyyəti ilə məşğul olmaq üçün keçirilən imtahanlarda təkrariştirak etmək hüququ vardır.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 27 – 28oktyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahanMərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək. Ünvan:Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.

Seçilən
61
10
az.trend.az

10Mənbələr