ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Çinin cənubundakı Quandun əyaləti sahillərində yük gəmisi ilə konteyner gəmisinin toqquşması nəticəsində iki nəfər itkin düşüb.
Oxu.Az bu barədə "Xinhua" agentliyinə istinadən xəbər verir.
Qəza Çjutszyan çayının mənsəbində baş verib. İnsident nəticəsində yük gəmisi batıb, 15 ekipaj üzvündən ikisini tapmaq mümkün olmayıb.
Gəminin batdığı ərazidə gəmiçilik müvəqqəti məhdudlaşdırılıb. Qəzanın səbəbləri araşdırılır, istintaq davam edir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.