AZ

Slot "Liverpul"un İPL-dəki ardıcıl 4-cü məğlubiyyətini belə şərh etdi

İngiltərə Premyer Liqasının (İPL) 9-cu turunda səfərdə "Brentford"a 2:3 hesabı ilə uduzaraq çempionatda ardıcıl 4-cü məğlubiyyətini alan "Liverpul"un baş məşqçisi Arne Slot fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, niderlandlı mütəxəssisin sözlərini "qırmızılar"ın mətbuat xidməti belə çatdırıb:

"Bu, "Liverpul"da olduğum müddətdə aldığım ən ağrılı məğlubiyyətlərdən biridir. "Brentford"a qarşı matçda yalnız ilk qolu buraxandan sonrakı 20-25 dəqiqə ərzində oynadığımız futbolu bəyəndim. Florianla yaxşı imkan yaxalasaq da, epizod qolla yekunlaşmadı. Belə anlarda oyuna qayıda bilmək üçün bir qədər bəxtin də olmalıdır. 30-cu dəqiqədən sonra autların, standart vəziyyətlərin və başqa elementlərin hesabına yenidən üstünlüyü ələ keçirdi...

Məncə, həlledici an onların ikinci qolundan öncə qeydə alındı: Kodi Qakpo topla rəqibin cərimə meydançasına girsə də, ona ötürmə vermədilər. Əleyhimizə verilən penaltini və Kodinin bu epizodunu dünyanın istənilən hakiminə göstərsən, ola bilsin ki, hər ikisinin mübahisəli olduğunu deyər, amma birini seçmək lazım gələrsə, Qakpoya qarşı qayda pozuntusuna görə penalti təyin olunmalıydı. Mənə elə gəlir ki, hakim ilk olaraq cərimə zərbəsi təyin etmək istədi, lakin VAR-dan qayda pozuntusunun cərimə meydançasının daxilində olduğunu bildirdikləri üçün fikrini dəyişdi. Qayda pozulubsa, deməli, penaltidir".

Qeyd edək ki, 9 tura 15 xal toplayan "Liverpul" turnir cədvəlinin 6-cı pilləsində mövqe tutub.

Nihat

 

Seçilən
48
1
fanat.az

2Mənbələr